Rəqsanənin məhkəməsi keçirilir YENİLƏNİB

19.11.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə xəbər yayılıb.

Lent.az müğənninin vəkili ilə əlaqə saxlayıb.

Vəkil bildirib ki, hələlik bu barədə məhkəmə qərarı yoxdur.

Hazırda Sabunçu rayon Məhkəməsində Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью