Rəqsi ilə gündəm oldu VİDEO

24.11.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro rəqsi ilə gündəmə gəlib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, Karakasda keçirilən tələbə günü tədbirində rəqs edərkən görüntülənib. 

Belə ki, N.Maduro bir müddət öncə ölkəsində keçirilən partiya toplantısında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampı təqlid etmişdi. Onun bu dəfə rəqs etdiyi mahnı ingilis dilində həmin vaxt etdiyi çıxışın remiksi formasındadır. Venesuela lideri rəqsinə “No War, Yes Peace” (“Müharibəyə yox, sülhə hə”) şüarlarını da əlavə edib. 

Hazırda ölkənin ABŞ ilə münasibətlərdə yaşadığı gərginlik fonunda Maduronun görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Xatırladaq ki, son zamanlar Donald Trampın Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün müharibəyə başlamaq istədiyi barədə xəbərlər yayılıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью