Rəşad Altınsəs 68 kiloqram arıqladı: Anam məni görəndə ürəyi getdi

20.11.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Rəşad Altınsəs xeyli arıqlayaraq tanınmaz hala düşüb.

Qaynarinfo xəbər verir ki, sənətçi altı ay ərzində 68 kiloqram çəki itirib. O, arıqlamasının səbəbini mədə problemləri ilə əlaqələndirib.

Müğənni bildirib ki, mədəsində turşuluq olduğundan həkimlər ona arıqlamağı məsləhət görüblər. Çünki artıq çəki səsinə də mənfi təsir göstərirmiş:

"Maksimum çəkim 139 kiloqram olub. Altı ay ərzində 68 kiloqram arıqladım. Anam məni görəndə ürəyi getdi, tanımadı. Elə bildi, hansısa xəstəliyə tutulmuşam. Dostlarım mənə "dədə" deyirdilər. Elə bilirdilər ki, yaşca onlardan böyüyəm. Sonradan məlum oldu ki, əslində, hamısından kiçiyəm".

Rəşad Altınsəs hazırda 71 kiloqram çəkidə olduğunu bildirib.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью