Rəşad Dağlı azadlığa çıxa bilər?

30.07.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Meyxanaçı Rəşad Dağlının əfv məsələsi yenidən gündəmə gəlib.

Bəs görəsən, qanun buna icazə verirmi?

Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, əfvetmə haqqına Əsasnamənin 8.3-cü bəndində qeyd edilir ki, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv üçün müraciət edilə bilər.

“Rəşad Dağlı Cinayət Məcəlləsinin 120.1 və qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinərək 9 il  6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəşad Dağılının törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Deməli, o, cəzasının ən azı yarısını çəkdikdən sonra əfv üçün müraciət edə bilər”,- deyə o qeyd edib.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью