Rəşad Əliyev 3 illik diskvalifikasiya olunub

01.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev diskvalifikasiya edilib.

AMADA-dan İdman.biz-ə verilən məlumata görə, buna idmançının dopinq qaydalarını pozması səbəb olub.

Əliyevin orqanizmində S1 Anabolik Androgenik Steroidlər aşkarlanıb. Pauerliftinqçi 36 aylıq idmandan kənarlaşdırılıb. Ona tətbiq olunan sanksiya fevralın 19-dan hesablanmağa başlayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью