Rəşad Eyyubov: AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdim AZƏRTAC

07.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 yanvar, AZƏRTAC

Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinə məşqçi təyin olunan Rəşad Eyyubov deyib.

O, AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdiyini bildirib: “Çünki milli komanda hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi təcrübəli mütəxəssisin yanında işləyərək məşqçilik bacarığımı da artıra bilərəm. F.Santuşdən çox şey öyrənəcəyimə əminəm”.

Qeyd edək ki, Rəşad Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью