Rəşad Eyyubovdan qələbə şərhi

18.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda Omanın U-23 kollektivinə qalib gəlib – 3:2.

Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Rəşad Eyubov matçdan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Bizim üçün vacib olan iki oyun keçirdik. Əsas məqsədimiz oyun fəlsəfəmizlə futbolçularımızın potensialı arasında düzgün balansı tapmaq idi.

Bu oyunlarda nəticədən daha çox meydanda göstərdiyimiz futbol bizim üçün önəmli idi. Bununla belə, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağımız sevindirici haldır.

İndi isə işimizi davam etdirəcək, futbolçularımızın klublarındakı çıxışlarını və inkişafını yaxından izləyəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью