Rəşad Əzizli ölkə xaricində oynaya bilər

21.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sumqayıt"ın qapıçısı Rəşad Əzizli Rumıniyada oynaya bilər.

News24.az-ın əldə etdiyi məlumata görə, Rumıniya Liqa 1-dən təklif gəlmək üzrədir. Belə ki, "Botosani" klubu Rəşad Əzizli ilə maraqlanır. 

30 yaşlı əlcək sahibi qış transfer pəncərəsində "Botosani"nin heyətində çıxış edə bilər. Hazırda klub nümayəndələri Azərbaycana gəlmək istəyir, yəqin ki, dekabr ayında ölkəmizə səfər planı daha dəqiq məlum olacaq.

Rəşad Əzizli bu hazırkı mövsüm azad agent kimi "Sumqayıt"a transfer edilib.

O bundan öncə "Neftçi", "Şamaxı", "Səbail" və "Qəbələ" kimi klublarda edib.

Qeyd edək ki, "Botosani" hazırda Liqa 1-də 13 xalla 14-cü pillədə qərarlaşıb.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью