Rəşad Mahmudov: Yoxlamaların olmaması saxta tibb müəssisələrinin artmasına səbəb olur

03.02.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sahibkarlıq sahəsində yoxlamaların olmaması saxta tibbi xidmətlərin, müəssisələrin artmasına səbəb olur.

Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, saxta və standartlara cavab verməyən müəssisələrin çoxalması müşahidə olunur: “Özəl tibb müəssisələri ölkələrdə tibbi keyfiyyətin artırılmasında lokomotiv rolunu oynayır. Amma sahibkarlıq subyektlərində yoxlamaların olmamasından sui-istifadə edənlər də bəs qədərdir. Bu halların aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью