Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Mətbuat Şurasının sədri Rəşad Məcid Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını Sezai Karakoçun “Onlar sanıyorlar ki” şeiri ilə tamamlamasına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Rəşad Məcid Ərdoğanın siyasi çıxışlarında şeirdən istifadə etməsinin yeni olmadığını qeyd edib.
O, 2002-ci ildə AK Partiyanın seçkilərdə qələbəsindən sonra Ərdoğan haqqında “Bir şeirin qələbəsi” adlı məqalə yazdığını xatırladıb.
Rəşad Məcid Ərdoğanın siyasi yüksəlişində şeirin də xüsusi yer tutduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ərdoğanın siyasi lider və natiq kimi güclü tərəflərindən biri klassik poeziyadan əzbər sitatlar gətirməsidir.
“Gözəl natiqliyin yolu həm də əzbər şeir bilməkdən keçir. Gənclərə həmişə tövsiyə etmişəm ki, gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin!” – Rəşad Məcid yazıb.
O, Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi və alqışlarla qarşılanan şeirin mətnini də paylaşıb:
“Onlar sanıyorlar ki,
Biz sussak, mesele kalmayacak.
Halbuki biz sussak, tarih susmayacak.
Tarih sussa, hakikat susmayacak.
Onlar sanıyorlar ki, bizden kurtulsalar, mesele kalmayacak.
Halbuki bizden kurtulsalar, vicdan azabından kurtulamayacaklar.
Vicdan azabından kurtulsalar,
tarihin azabından kurtulamayacaklar.
Tarihin azabından kurtulsalar,
Allah’ın gazabından kurtulamayacaklar”.
Orxan