Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, son zamanlar Mətbuat Şurasına olunan müraciətlərin əksəriyyəti bir sıra yeni saytlarda yayılan saxta xəbərlərlə bağlıdır: "Müraciətlərə baxılır və məlum olur ki, istər televiziyada, istərsə də sosial mediada yayılan saxta xəbərlər cəmiyyətin informasiya təhlükəsizliyi baxımından olduqca risklidir.
Azərbaycanın uğurlarına qarşı aparılan qarayaxma kampaniyaları buna nümunə ola bilər.
Bütün bunlar dövlət və xalqlar arasında münasibətlərə də təsirsiz ötüşmür".
(Report) Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.