Rəşad Məmmədov Abdulaziz Aqqulov ilə görüşdü FOTO

23.09.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Aqqulov ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, diplomat özünün feysbuk hesabında bildirib ki, görüşün əsas diqqət mərkəzində iki qardaş ölkə arasında turizm sahəsindəki mövcud əlaqələr və bu əməkdaşlığı yeni səviyyəyə qaldıracaq inkişaf perspektivləri olub.

Müzakirələr zamanı turizm əlaqələrinin daha da genişləndirilməsi, eləcə də Bakı ilə Daşkənd arasında turist axınının və qarşılıqlı səfərlərin sayının kəskin artırılması imkanları ətraflı nəzərdən keçirilib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью