Rəşad Nəbiyev ABŞ da bulud infrastrukturunun inkişafı məsələsini müzakirə edib

09.12.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bununla bağlı Rəşad Nəbiyev “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, görüş zamanı tərəflər "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə ediblər.

“ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük.

Görüş zamanı "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью