Rəşad Nəbiyev Avropa İnvestisiya Bankının vitseprezidenti ilə görüşüb

11.11.2024

Operativmedia saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.

Nazirlikdən "Operativ Media"a verilən məlumata görə, görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub.

Həmçinin rəqəmsallaşma istiqamətindəki layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью