Rəşad Nəbiyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitseprezidenti ilə görüşüb

11.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə danışılıb. Həmin layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsi müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью