525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.
525.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib", - deyə o qeyd edib.