Rəşad Nəbiyev Britaniyanın naziri ilə görüşdü Fotolar

07.10.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzalanıb və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib.

Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью