Rəşad Nəbiyev İKT şirkətləri ilə əsas çətinlikləri müzakirə etdi

28.01.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə qarşılaşdıqları əsas çətinliklər və onların həlli yollarını müzakirə edib.

Modern.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsində hesabında bildirib.

"Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirdik, ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etdik", – deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью