525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının və Naftalan şəhərinin sakinləri ilə görüşüb.
525.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o qeyd edib.