Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edib

05.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Saatlı şəhərində vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, İmişli, Sabirabad və Saatlı rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью