Rəşad Nəbiyev Zərdab sakinləri ilə görüşdü FOTO

18.10.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinləri ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Vətəndaşlarla görüş zamanı nəqliyyat, telekommunikasiya, internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlər dinlənilib. Müraciətlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə müraciətlərin bir qismi dərhal həllini tapıb, Nazirliyin fəaliyyət sahəsinə aid olmayan məsələlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcək.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью