Rəşad Sadiqov 5 oyunda texniki zonada ola bilməyəcək

16.04.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olunub.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Sadiqovun cəzalandırılmasına AFFA U-17 Liqasında keçirilən “Zirə” ilə matçın 78-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəb olub. Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun texniki zonada ola bilməyəcək.

AFFA U-13 Liqasında iştirak edən “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov da 5 oyunluq cəzaya məruz qalıb. Buna məşqçinin “Nabran”la qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etməsi səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью