Rəşad Sadıqov: “Bunu hələ də bunu həll edə bilmirik”

06.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Qarabağ” – “Zirə” (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Ağır oyun oldu. “Qarabağ”la heç bir oyum asan keçmir. Amma futbolçularım əla mübarizə apardılar. Oyun rəqibin üstünlüyü ilə keçirdi. Biz daha çox mərkəzdə etibarlı olub, əks-hücumlara bel bağlayırdıq. Artıq 5-ci oyunda “Qarabağ” duran topdan 9-cu qolu vurur. Hələ də bunu həll edə bilmirik. Bu gün məğlubiyyət hissi ilə ayrılmıram burdan.

– Penaltini qaçıran oyunuçunu bağışlamaq olar?
– Niyə olmur ki? Özüm də qaçırmışam, ulduz futbolçular da qaçırıb. Təkcə penalti yox, başqa fürsətlərimiz də oldu. Sadəcə dəyərləndirə bilmədik.

– Ötən mövsüm də avrokuboklarda da göründü ki, penalti sarıdan əziyyət çəkirsiz. Bunun həlli yolu yoxdur?
– Mənə görə penaltinin məşqi yoxdur. Məsələn, mən məşqlərdə vururdum. Amma oyunda həyəcanlı olurdum. Qismət komandada çox kritik penaltilər yerinə yetirib. Bunun üzərində dayanmaq istəmirəm.

-Yusuf Lavalla son transferinizi bu mövsüm görəcəyik?

– Son transferimiz 2 ay məşqlərdən kənarda qalmışdı. Bu, daha çox gələcəyə yönəlik transfer idi. Lavalın isə müalicəsi gedir. Hazırda bərpa prosesi keçirir.

– Bu gün “Zirə”nin ən yaxşı halını görürük. Bu stabilliyi sona qədər görə biləcəyik?
– Çempionatda qələbə qazanmaq çətindir. Stabil olduğumuzu deyə bilmərəm. 7 oyuna 1 qələbəmiz olub. Gələcəklə bağlı danışmaq çətindir.

– Avrokuboklar üçün bu heyət yetərlidir?
– Bir şey bitməmiş bu haqda danışmaq doğru olmaz. Qarşıda ağır səfərlər var. Heç ağlımdan da keçmir. Bütün fikrimizi oyunlara vermişik.

Mirkamal Kazım 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью