Icma.az bildirir, Apasport portalına istinadən. "Futbolçularıma təşəkkür edirəm.
"Turan Tovuz" çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdən keçirik.
Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra "Səbail"lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq".
- 3-cü dueldə Kurban Berdiyevi məğlub edə bildiniz. Qələbənin açarı nə idi? - Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi.
Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq.
Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər.
- İssa Cibrilla şans qazandığı oyunlarda etimadı doğruldur. Onunla bağlı fikirləriniz necədir?
- Məqsəd İsayev və İssa bizim əsas oyunçularımızdandır. Rəqibə və limitə uyğun rotasiyalar edirik.