Rəşad Sadıqov: Çox vacib oyunda məğlub olduq İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi.
Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 3-cü turunun təxirə salınmış oyununda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı məğlubiyyəti şərh edib: "Birinci hissədə üstünlük biz tərəfdə idi.
Rəqib daha çox oyunu əks-hücumlarda qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu. Amma rəqibin müdafiə xəttini yara bilmirdik.
Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq.
Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var.
Təəssüflər olsun ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq.
Tam oxu
Xəbəri oxu