Rəşad Sadıqov: “Hazırlıq üçün istənilən qədər vaxt yox idi”

09.01.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Zirə” bu gün qış təlim-məşq toplanışı çərçivəsində “Şamaxı” ilə yoldaşlıq görüşü keçirib.

Futbolpress.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qartallar”ın 3:1 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra klubun saytına açıqlama verib:

“Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidir. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi. Plan qurmaq bir az çətin idi. Aydın məsələdir ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi. Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi. Bu müddətə də “Şamaxı” və “Qarabağ”la iki yoxlama oyunu planlaşdırmışıq. Bu gün də ilk oyun idi, buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idilər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.

Qeyd edək ki, mövsümün ilk yarısından sonra “Zirə” aktivindəki 30 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.

Əsas xəbərlər, Ölkə futbolu “Zirə” qələbə qazandı

9 Yanvar 2025, 18:48

Dünya futbolu, Əsas xəbərlər, Ölkə futbolu “Zirə”dən ayrılan futbolçu Albaniya klubuna keçdi

9 Yanvar 2025, 9:36

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq

7 Yanvar 2025, 20:11

Əsas xəbərlər, Ölkə futbolu “Zirə” legioneri ilə yollarını ayırdı

6 Yanvar 2025, 11:21

Əsas xəbərlər, Ölkə futbolu Onlar üçün fasilə bitdi – 3 komanda hazırlığa başladı

2 Yanvar 2025, 11:00

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Zirə”nin sabiq legioneri: “Azərbaycan futbolunu yaxından izləyirəm”

26 Dekabr 2024, 15:28

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью