Rəşad Sadıqov: Hədəfimiz mərhələni keçməkdir | Icma.az
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır.
Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb, ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdi
Sabah ilk oyunumuza çıxacağıq. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız ideal formada olmasa da, ideala yaxın, yaxşı formadadır.
Yeganə məsələ oyun praktikasıdır. Hər ikimizdə də vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir.
Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun.
İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var.
Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar.
Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək".
Tam oxu
Xəbəri oxu