Rəşad Sadıqov Kəpəz lə oyunda 4 futbolçusunun xidmətindən məhrumdur

25.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının (MPL) 32-ci turu çərçivəsində sabah Tovuzda "Kəpəz"lə qarşılaşacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 4 futbolçusunun xidmətindən məhrumdur.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib.

"Cəzalı oyunçumuz yoxdur. Yusuf Laval, David Volkov, Fuad Bayramov və Hacıağa Hacılı zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər".

Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 19:00-da start götürəcək. 31 oyuna 61 xal toplayan qəsəbə təmsilçisi MPL-in tunrir cədvəlində 2-ci, Gəncə komandası isə (28 xal) 9-cu pillədə qərarlaşıb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью