Rəşad Sadıqov klubdan ayrılmaq istəyən legioneri açıqladı

27.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Braziliyalı futbolçu Rafael Utziq “Zirə”dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov “CBC Sport” telekanalında yayımlanan “Bizim Futbol” proqramında deyib. O, Utziqin karyerasında yeni səhifə açmaq istədiyi və bu səbəbdən klubdan getmək niyyətində olduğunu bildirib.

Utziq 2024-cü ilin yanvarından “Zirə”nin formasını geyinir. O, son mövsümdə Premyer Liqada 30 oyunda 8 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью