futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Payde” (Estoniya) matçından əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı gözləntilərini bölüşüb:
– İlk növbədə hamını salamlayıram. Sabah ikinci mərhələnin ilk oyununa çıxacağıq. Hər iki komanda birinci təsnifatda uğurla çıxış edib. Olduqca vacib görüşdür. Bizim də matçla bağlı fikirlərimiz, istəklərimiz var. “Payde” təcrübəli komandadır, son illərdə UEFA turnirlərində müntəzəm iştirak edirlər. Bizi maraqlı və gərgin oyun gözləyir.
– “Torpedo” (Kutaisi) səddini top buraxmadan keçdiniz və bu da sevindirici haldır. “Payde” ilə matçda da bunu təkrarlaya biləcəksiniz? Ümumiyyətlə, rəqibin hansı qeyd ediləsi məqamları var?
– Hər iki komanda demək olar, eyni üslubda oynayır. Təhlillərimizi aparmışıq, oyuna hazırıq. Onların planlarını pozmağa çalışacağıq.
Ayxan