Rəşad Sadıqov: “Püşkdən əvvəl ‘Torpedo’nu istəmirdik”

16.07.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” ilə keçirilən cavab oyununu şərh edib.

Apasport.az xəbər verir ki, mütəxəssis Gürcüstan təmsilçisinin püşkatmadan əvvəl arzulamadıqları rəqiblərdən biri olduğunu bildirib.

“Püşkdən əvvəl ‘Torpedo’ ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri və tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq.

Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Onların bir çox matçını analiz etmişdik, heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı müəyyən çətinlik yaşadıq. Amma futbolçular yaxşı reaksiya verdilər, rəqibin təhlükəli hücumlarının qarşısını aldılar.

Dəqiqələr keçdikcə oyunu bərabərləşdirdik, daha sonra üstünlüyü ələ aldıq. İlk hissədə vurduğumuz iki qol çox vacib idi. Futbolçuları, klub rəhbərliyini və azarkeşləri təbrik edirəm”, – deyə Sadıqov bildirib.

Qeyd edək ki, “Zirə” səfərdə “Torpedo”ya 3:0 hesabı ilə qalib gələrək II təsnifat mərhələsinə yüksəlib. Bakı klubu növbəti raundda Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.

Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq Martinez: “Canımızı ortaya qoyduq” Argentina yarımfinallarda uduzmur - Altı oyunun hamısında final Tuxel məğlubiyyətə aydınlıq gətirdi - “Qərarları verən mənəm”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью