Rəşad Sadıqov: Qarabağ la matçda qazanılan xal dəyərlidir | Icma.az
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Zirə" Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat kofransında jurnalistlərin suallarını cavablandırıb: - Olduqca ağır oyun keçdi.
90 dəqiqə gərgin mübarizə şəraitində alındı. Oyun bizim üçün qola qədər daha rahat gedirdi.
Amma biz qol vurduqdan sonra "Qarabağ" sürəti bir az da artırdı. O dəqiqələrdən sonra çətinlik çəkirdik. Oyunçular əzmkarlıq göstərdilər.
"Qarabağ"ın gücünü, qüvvətini bir daha hiss etdik. Komanda inkişaf edir, artırır. Oyun gedə-gedə bunu bir daha gördük.
Dörd gündən sonra "Ayaks"la çox vacib oyuna çıxacaqlar. Onlara uğurlar arzulayırıq. Rəqib 4 dəyişiklik etdi.
Müəyyən həmlələr etdik, müdafiə davranışını bir balca dəyişdik. Çalışdıq ki, rəqibin təzyiqinə dözək və standart vəziyyətlərdə fərqlənək.
Tam oxu
Xəbəri oxu