Icma.az, Sportal.az saytına istinadən bildirir. "Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm.
Nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım. Dünən gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü.
Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir.
Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar. Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi.
Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıq.
Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi.
Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük.
Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu.