Rəşad Sadıqov: “Rəqib çox təcrübəli komandadır”

17.06.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis “Torpedo”ya (Gürcüstan) rəqib olmalarını belə şərh edib:

“Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью