Rəşad Sadıqov “Sabah”la oyundan danışdı

17.05.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm”. 

QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Misli Premyer Liqasının 35-ci turunun ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.

Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar. “Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır” - deyə Sadıqov vurğulayıb. 

O qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb: “Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью