Rəşad Sadıqov: “Sistem dəyişikliyi rəqibi çaşdırmış ola bilər”

13.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Misli Premyer Liqasının beşinci turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunun yüksək tempdə keçdiyini və futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb.

“Qarşılaşma olduqca sürətli və keyfiyyətli alındı. Belə oyun gözləyirdik. Futbolçularıma təşəkkür edirəm, sona qədər əzmkarlıq göstərdilər”, - Sadıqov bildirib.

Baş məşqçi komandanın hazırlıq prosesi və qarşıdakı fasilə barədə də danışıb. Onun sözlərinə görə, “Zirə” iyuldan kubok oyunlarına hazırlaşır və hazırda komanda yaxşı temp tutub:

“İndi milli komandaların oyunları ilə bağlı fasilə olacaq. Bu qədər uzun ara istəməzdik. Bunun bizə necə təsir edəcəyini zaman göstərəcək. Hazırda oyunumuz yaxşı alınır və əsas məqsəd bu tempi qorumaqdır”.

Sadıqov “Qarabağ”la matçda taktiki sxemdə dəyişiklik etdiklərini də açıqlayıb:

“Son səkkiz oyunda sabit sistemlə çıxış edirdik. Bu dəfə sxemi dəyişdik. Ola bilər ki, bu, rəqibi müəyyən qədər çaşdırdı. Çünki onlar da bizim oyunlarımızı təhlil edirlər”.

Mütəxəssis sonda hər iki komandanın nümayiş etdirdiyi mübarizənin çempionatın səviyyəsinə müsbət təsir etdiyini bildirib:

“Hər iki komanda mübariz oyun göstərdi. Belə görüşlər Azərbaycan Premyer Liqasının səviyyəsini daha da yüksəldir”.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью