Apasport saytına istinadən Icma.az xəbər verir. Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi.
Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən sıhv gözləyirdi.
Elə oldu ki, rəqib buraxdı o səhvi, qol vurduq. Nəticəni artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu.
İkinci qolu vursaydıq, fərqli sonlqu olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi.
Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım.
Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük ayratmır.
Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq.
Apasport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la ilk matçdan mətbuat konfransında deyib.