Icma.az bildirir, Apasport portalına istinadən.
Misli Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.
Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.
Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.
Azər Məmmədov: “Bu fikirlə razı deyiləm” “Neftçi” “Zirə” ilə bacarmadı - YENİLƏNİB “Qəbələ-2”dən inamlı qələbə Kurban Berdıyev: “Daha yaxşı oyun sərgiləyəcəyik” “Kəpəz” Gəncədə qalib gəldi - YENİLƏNİB