Rəşad Sadıqov: Zirə ni həlledici mərhələ gözləyir

03.03.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə" komandasını Azərbaycan Kuboku və Misli Premyer Liqasında həlledici mərhələ gözləyir.

Fanat.Az xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, yarımfinala yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Çox məsuliyyətli oyuna çıxmışdıq. Kubok turnirlərində cavab qarşılaşmaları adətən daha gərgin və psixoloji baxımdan ağır keçir. Belə matçlarda səhvləri sonradan kompensasiya etmək imkanı olmur. Komandanın üzərində təzyiq hiss olunurdu. Futbolçularıma minnətdaram – yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdilər. Qarşıda bizi həm kubokda, həm də Premyer Liqada həlledici mərhələ gözləyir. Daha ciddi və əzmlə çalışmalıyıq."

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı "qartallar"ın 2:0 hesablı (ilk matç - 0:0) qələbəsi ilə bitib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью