Rəşad Sadıqovdan 4:0a şərh

08.12.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun gözlənilən kimi gərgin və sərt başladı. Bilirdik ki, “Kəpəz” aqressiv oynayacaq. Birinci hissə bizim üçün ağır keçdi. Buna baxmayaraq iki baxımlı qol vurduq. Rəqibin ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını bilirdik. Belə də oldu. Şükürlər olsun ki, 3-cü qolu vura bildik. Bizim üçün çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm.

– Tiaqo Silvanın az oynaması ona mənfi təsir etməyəcək?
– Tam əksinə, çox yaxşı formadadır. Bizim bir nömrəli qapıçımız Tiaqo Silvadır. Aralarında rəqabət var. İmkan olsa, Silvanı çıxarardıq. Amma Aydın da ona göstərilən etimadı doğruldur. Təkcə Tiaqo deyil, bəzi futbolçuları limitə görə oynada bilmirik. Əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən bunları nəzərə almışdıq. Elçin Əlicanov da uzun müddətdir oynamırdı. Amma inamlı çıxış edir. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, 11 dəyişilməz oyunçu olmasın. Həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşdırsa, o da oynasın. Komandamızda sağlam rəqabət var.

– “Zirə” son 3 oyunda 11 qol vurub, 2 qol buraxıb. Bunu qarşıdakı matçlarda da davam etdirmək alınacaq?
– Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Rəqib kompakt və etibarlı oynayır. Fasiləyə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Həm hücumda, həm də müdafiədə eyni oynayırıq. Sadəcə son oyunlarda əlimizə düşən fürsətləri dəyərləndirə bilirik. Ümid edirəm ki, qarşıdakı matçlarda da qol fürsətlərindən yararlana bilərik.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Rəşad Sadıqov: “Müasir futbolda mövqe hücumundan qol vurmaq çətindir”

30 Noyabr 2024, 19:51

Əsas xəbərlər, Ölkə futbolu Rəşad Sadıqov: “Bu mövsüm daha yaxşı “Zirə” görürük”

23 Noyabr 2024, 21:25

Əsas xəbərlər, Premyer liqa Rəşad Sadıqov: “Bu sarıdan ciddi problemlər yaşayırıq”

10 Noyabr 2024, 21:29

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa “Məyusedici məğlubiyyət oldu” – Rəşad Sadıqov

6 Noyabr 2024, 21:28

Əsas xəbərlər, Premyer liqa Rəşad Sadıqov: “Özümüzə də belə penalti istəmərəm”

26 Oktyabr 2024, 18:18

Əsas xəbərlər, Premyer liqa Rəşad Sadıqov: “Elə mövzudur ki, gərək 1-2 saat təhlil

20 Oktyabr 2024, 20:45

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью