Rəşad Sadıqovdan maraqlı paylaşım “Uğurlar mənim balam”

22.07.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandadan ayrılan Salifu Suma ilə bağlı maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, futbolçusu ilə instaqramda fotosunu paylaşaraq “All the best, my child” (uğurlar, mənim balam) sözlərini  yazıb. 

Son məlumata görə, “Zirə” Salifu Sumanı Sloveniyanın “Maribor” klubuna satıb. Bunun üçün zirəlilər 1,5 milyon avro qazanıb. 

Qeyd edək ki, Salifu Suma demək olar ki, peşəkar karyerasına “Zirə”də başlayıb. Futbolçu Azərbaycan təmsilçisinə keçənə qədər peşəkar futbolçu kimi cəmi 12 dəqiqə meydanda olub. Onu Rəşad Sadıqovun tapıntısı adlandırırdılar.  S.Sumanın 21 yaşı var. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью