Icma.az, futbolpress-az saytına istinadən bildirir. “Sumqayıt” Premyer Liqada 3 turda 2 qələbə qazanıb, 1 heç-heçə edib.
“Kimyaçılar” fasiləyə 2-ci pillədə yollanıb. Komandanın yeni transferlərindən Keffel Resende hər üç görüşdə meydana çıxıb.
Cinah müdafiəçisi “Futbolpress.az“a açıqlamasında çempionatla bağlı təəssüratlarını bölüşdü: “Premyer Liqa ilə bağlı təəssüratların çox yaxşıdır.
Düzü, belə olduğunu əvvəldən bilmirdim. Mövsümə yaxşı başlamışıq və bu, hamımızı məmnun edir.
“Şamaxı” ilə matçdan qələbə ilə ayrılmadığımız üçün təəssüflənirik. Yaxşı oynadıq, epizodlar yaratdıq.
Lakin belə matçlarda xırda detallar önəmli olur. Qələbə qazanmasaq da, bir xalımız artdı”.
Ressendə II turda son çempion “Qarabağ”a qarşı qazanılan qələbəyə toxundu: “Qarabağ”ı məğlub etmək xüsusi bir şeydir.
Bu, komandamızın gücünü, potensialını göstərir. Daha yaxşı olmağa çalışacağıq. Məğlubiyyətsizlik seriyamızın davam etməsini istəyirik”.