Reşford 3 ərəb klubunun təklifini rədd edib

03.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Mançester Yunayted”in hücumçusu Markus Reşford Səudiyyə Ərəbistanının üç klubunun təklifini rədd edib.

QOL.az “Daily Mail”ə istinadən xəbər verir ki, adı açıqlanmayan klublar 27 yaşlı forvarda yüksək maaş təklif etsələr də, o, bundan imtina edib. Klublardan biri Reşforda mövsümə təxminən 35 milyon avro qazanc təklif edib.

Reşford Ruben Amorimin “Mançester Yunayted”ə baş məşqçi təyin olunduqdan sonra 4 oyunda meydana buraxılmayıb. Buna görə də onun komandanı tərk edəcəyi haqda xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью