Reşford Aston Villa ya icarələnib

01.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni ünvanı bəlli olub.

İdman.biz xəbər verir ki, o, icarə əsasında "Aston Villa"da çıxış edəcək.

Birmingem təmsilçisinin baş məşqçisi Unai Emeri bu keçidi təsdiqləyib. 27 yaşlı futbolçunun maaşını "Aston Villa"nın ödəyəcəyi açıqlanıb.

Qeyd edək ki, Reşford "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorimlə anlaşılmazlıq üzündən əsas heyətdən kənarda qalıb. Onun komanda ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью