Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Reşford "Fənərbaxça"ya gələcək?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun "Fənərbaxça"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat paylaşıb:
"Markus Reşfordun bu yay Türkiyəyə köçmək planı yoxdur. "Fənərbaxça" ilə heç bir danışıqlar aparılmır. O, mövsüm öncəsi hazırlıq üçün "Mançester Yunayted"ə qayıdır. Baş məşqçi Maykl Kerrik onunla yola davam etmək niyyətindədir".
Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatında "Fənərbaxça"nın ingiltərəli hücumçu üçün rəsmi təklif hazırladığı və transferi başa çatdırmaq niyyətində olduğu barədə xəbərlər yayılmışdı.