futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted”in vingeri Markus Reşford “Barselona”ya rəsmən vida edib.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı ingilis futbolçu ötən mövsümü icarə əsasında Kataloniya klubunda keçirib. Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək “Barselona”ya təşəkkürünü bildirib:
“Klubda keçirdiyim vaxtı bu qədər parlaq və unudulmaz təcrübəyə çevirdikləri üçün buradakı hər kəsə sonsuz dərəcədə minnətdaram. Hər andan zövq aldım və bu özəl xatirələri həmişə qəlbimdə yaşadacağam. Kluba və bütün azarkeşlərə bu mövsüm uğurlar və böyük nailiyyətlər arzulayıram. İrəli, Barsa!”
Markus Reşford “Barselona”nın heyətində keçirdiyi 49 matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.