Reşford “Liverpul”a qarşı oynaya bilməyəcək

04.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Liverpul”a qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

QOL.az-ın xəbərinə görə, bu barədə “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim məlumat verib. 

O bildirib ki, Reşford xəstə olduğu üçün qarşıdakı matçda forma geyməyəcək. 

Qeyd edək ki, yanvarın 5-də keçiriləcək “Liverpul” - “Mançester Yunayted” matçı Bakı vaxtı ilə 20:30-da start götürəcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью