Reşford Premyer Liqaya qayıda bilər

15.11.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Reşford Premyer Liqaya qayıda bilər

İcarə əsasında “Barselona”da forma geyən Markus Reşford mövsümün sonunda Kataloniya klubundan ayrıla bilər. 

QOL.az “El Nacional”a istinadən xəbər verir ki, ingiltərə forvard artıq digər variantları gözdən keçirir. 

Reşford mövsümün sonunda İngiltərəyə qayıda bilər. “Çelsi” və “Tottenhem” ingilis forvardın xidmətində maraqlıdır. Hər iki London klubunun nümayəndələri artıq Markus Reşfordun meneceri ilə danışıqlara başlayıb. 

Qeyd edək ki, bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 12 matça çıxan ingilis forvard 2 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью