Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Markus Reşfordun aqibəti ilə bağlı rəsmi açıqlama verilib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın idman direktoru Deku Souza komandada icarə əsasında çıxış edən futbolçunun klubdakı gələcəyi ilə bağlı açıqlama verib. O, “Mançester Yunayted”ə məxsus hücumçu ilə bağlı hələlik yekun qərarın verilmədiyini deyib.
Cari mövsümdə La Liqada 14 oyuna çıxan ingiltərəli futbolçu 2 qol vurub və 7 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 5 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.