Reşfordun əvəzinə Fati

24.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu heyətinə qatmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. Klub rəhbərliyi 27 yaşlı futbolçunu bu qış transfer etməyi planlaşdırır. 

Kataloniya təmsilçisi Reşford üçün "qırmızı şeytanlar"a Ansu Fatini verməyə hazırdır. 

Daha əvvəl mətbuatda “Mançester Yunayted”in də Reşfordu bu qış satmağa hazır olduğu haqda məlumatlar yayılmışdı.

Qeyd edək ki, cari mövsüm Markus Reşford klub üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol vurub və üç məhsuldar ötürmə verib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью